
"Hər qəlbdə bir qələbə!" şüar altında keçiriləcək III MDB Oyunlarında 5500-ə yaxın iştirakçı gözlənilir.
Sportnet.az xəbər verir ki, sentyabrın 8-də start götürəcək Oyunlar Azərbaycanın 7 bölgəsində - Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkil olunacaq.
Açılış va bağlanış mərasimi isə Gəncə şəhər stadionunda baş tutacaq.
Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək.
Tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulur.