
Formula 1 üzrə Niderland Qran Prisinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, 72 dövrəlik mübarizənin qalibi adını "Maklaren" pilotu Oskar Piastri qazanıb.
"Red Bull"dan Maks Ferstappen ikinci, "Reysinq Bullz"dan İsak Hacar isə üçüncü olub.
7 qat dünya çempionu, "Ferrari" pilotu Lüis Hemilton qəza üzündən çıxışını yarımçıq başa vurub. "Maklaren"in digər sürücüsü Lando Norris isə texniki problem üzündən yürüşü başa çatdıra bilməyib.