
"Kəpəz"in səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasının V tur matçından sonra insident baş verib.
Sportnet.az-ın məlumatına görə, məğlubiyyətdən narazı qalan Gəncə komandasının azarkeşləri baş məşqçi Adil Şükürovu istefaya səsləyiblər.
Qarşılaşmanın ardından da tələblərini davam etdirən fanatların olduğu sektora Şükürovun özü yaxınlaşıb. Bu zaman onunla tərəfdarların mübahisələri böyüyüb.
Baş məşqçi oradan uzaqlaşdıqdan sonra da istefa şüarları davam edib.