İspaniya "Barselona"sının baş məşqçisi Hans-Diter Flik mövsümün sonunda komandadan ayrıla bilər.
Sportnet.az-ın ABC-yə istinadən məlumatına görə, almaniyalı mütəxəssis artıq öz məşqçi heyətinə yayda istefa vermək niyyətində olduğunu çatdırıb.
Flikin bu qərarına əsas səbəb kimi yığılıb qalan yorğunluq, bəzi futbolçuların işə münasibətindən məyus olması və klub rəhbərliyindən dəstəyin çatışmazlığı göstərilir.
Hazırda "Barselona" La Liqada 25 xalla ikinci pillədə qərarlaşıb və lider "Real Madrid"dən 5 xal geri qalır.
Xatırladaq ki, 60 yaşlı Hans-Diter Flik 2024-cü ildən "Barselona"ya rəhbərlik edir. O, ötən mövsüm komandaya İspaniya çempionluğu, ölkə kuboku və Super Kubokunu qazandırıb.







































































