AFFA İntizam Komitəsi "Neftçi"ni 2 500 manat cərimələyib.
Sportnet.az xəbər verir ki, buna Premyer Liqasında X turun “Kəpəz”lə ev oyununun 75-ci dəqiqəsində meydançaya kənar şəxsin girməsi səbəb olub.
Gəncə təmsilçisi isə 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat ziyana düşüb.












































































