Azərbaycan və Özbəkistanda 2027-ci ildə 20 yaşadək futbolçular arasında keçiriləcək dünya çempionatı 6 stadionda təşkil olunacaq.
Sportnet.az-ın məlumatına görə, hər ölkədə oyunlar üçün 3 stadion ayrılacaq.
Açılış mərasimi və oyunu, final və yarımfinal qarşılaşmaları azı 50 min tamaşaçı tutumuna malik stadionlarda olacaq. Bu, FIFA-nın tələbinə əsasən belə olmalıdır.
Azərbaycanda 50 min tamaşaçı tutumuna malik Arena yalnız Bakı Olimpiya Stadionudur. Bu arenanın tribunaları 70 min yerlikdir.
Digərləri isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və Gəncə Stadionudur.










































































