Azərbaycan Premyer Liqasında XV turun daha 2 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Qəbələ"ni qəbul edib.
Yevlax şəhər stadionunda keçirilən matç "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Ryonosuke Ohori 54-cü dəqiqədə vurub.
36-cı dəqiqədə "Qəbələ"nin legioneri İbrahim Sanqare "Kəpəz"in futbolçusu Olavale Onanuqanın ayağına zərbə endirərək, ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Nəticədə qonaqlar matçın qalan bölümünü azlıqda keçirib.
Gəncə təmsiliçisi bugünkü qələbə sayəsində xalını 9-a çatdıraraq, 10-cu pilləyə qalxıb. 14 oyundan 8 xala malik "Qəbələ" isə 11-ci pilləyə enib.
Bu, iki komanda arasında çempionatda yubiley - 30-cu görüş olub. Əvvəlki oyunların 9-da "Kəpəz", 12-də "Qəbələ" qələbə qazanıbsa, daha 8 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "qırmızı-qaralar" üstündür - 37:27.
Son iki şəxsi görüşdə qol vuran komanda qalib gəlmişdi. “Qəbələ” axırıncı 6 səfərdə qol vurmuşdu. İlk dövrədəki matçda "Qəbələ" "Kəpəz"ə 3 cavabsız qolla qalib gəlmişdi.
Günün son qarşılaşması isə "Azersun Arena"da "Qarabağ" və "Araz-Naxçıvan" arasında gerçəkləşib. Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam komandasından ilk və son qolları müvafiq olaraq, 31-ci və penalti ilə 90+4-cü dəqiqədə Toral Bayramov vurub. Eyni zamanda, Nəriman Axundzadə 41-ci, Coni Montiel penaltidən 57-ci və Leandro Andrade 72-ci dəqiqədə fərqlənib. Naxçıvan təmsilçisindən isə yeganə qola 76-cı dəqiqədə penaltidən Ramon Maçado imza atıb. Bayramov bu "dubl"u sayəsində qol sayını 7-yə çatdırıb və hazırda bombardirlər siyahısında "Araz-Naxçıvan"ın legioneri Ba-Muaka Simakala ilə birlikdə 2-3-cü yerləri bölüşür. Siyahıya 8 qolla "Sabah"ın hücumçusu Coy-Lens Mikels başçılıq edir. Montiel isə "Qarabağ" forması ilə ilk qolunu vurub.
İlk oyun günündə "Sabah" səfərdə "Turan Tovuz"a 3:1 hesabı ilə qalib gələrək, Ağdam təmsilçisini "taxtdan salmışdı". Baş məşqçi Qurban Qurbanovun kollektivi bugünkü qələbə ilə xalını 33-ə çatdıraraq, liderliyi özünə qaytarıb.
"Araz-Naxçıvan" isə 15 oyundan 23 xalla 6-cı yerdə gedir.
İki kollekivin əvvəlki 13 matçının 9-da "Qarabağ", 3-də "Araz-Naxçıvan" qələbə qazanıb, 1 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində Ağdam təmsilçisinin simmetrik üstünlüyü var idi - 31:13.
“Qarabağ” bütün matçlarda qol vurub. Əvvəlki 5 oyunda da Ağdam klubu qalib gəlib.
Azərbaycan Premyer Liqası, XV tur
14 dekabr (bazar)
14:00. “Kəpəz” – “Qəbələ” - 1:0
Qol: Ryonosuke Ohori, 54
Sarı vərəqələr: Olavale Onanuqa, 34 (qeyri-idman hərəkəti); Luis Paçu, 56 (qeyri-idman hərəkəti); Şakir Seyidov, 71 (qeyri-idman hərəkəti); Əli Səmədov, 77 (qeyri-idman hərəkəti) - Xayme Syerra, 70 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: İbrahim Sanqare, 36 (ciddi qayda pozuntusu)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Georgi Çixradze (“Qəbələ”), 41 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: İbrahim Sanqare, 38 ("Qəbələ")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu, 700 tamaşaçı
“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev (17. Ümid Səmədov, 77) 5. Rauf Hüseynli (9. Luis Paçu, 46) 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa (99. Əli Səmədov, 72) 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov
“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev (30. Prins Ovusu, 66) 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov (27. Eşqin Əhmədov, 46) 10. Şahin Şahniyarov (22. Fərid İsgəndərov, 66) 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo (97. Elşad Tağıyev, 82)
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze
17:30. “Qarabağ” – “Araz-Naxçıvan” - 5:1
Qollar: Toral Bayramov, 31, 90+4 (pen.); Nəriman Axundzadə, 41; Coni Montiel, 57 (pen.); Leandro Andrade, 72 - Ramon Maçado, 76 (pen.)
Sarı vərəqələr: Leandro Andrade, 66 (qeyri-idman hərəkəti) - Nuno Rodriqes, 37 (qeyri-idman hərəkəti); Vanderson Melo, 66 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 86 (qeyri-idman hərəkəti); Ba-Muaka Simakala, 90+2 (hakimin qərarına etiraz)
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Azersun Arena”, 700 tamaşaçı
“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev (11. Emmanuel Addai, 68) 27. Toral Bayramov 22. Musa Qurbanlı (17. Kamilo Duran, 68) 7. Nəriman Axundzadə 3. Sami Mmae 9. Coni Montiel (6. Kris Kuaku, 85) 18. Dani Bolt 15. Leandro Andrade (10. Abdullah Zubir, 76) 35. Pedro Bikalyo (44. Elvin Cəfərquliyev, 76)
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 32. Hikmət Cəbrayılzadə 81. Kevin Medina 8. Marko Yankoviç 21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov
“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 8. Coşqun Diniyev (24. Mustafa Əhmədzadə, 61) 6. Patrik Andrade (19. Bar Kohen, 70) 29. Vanderson Melo 17. İssuf Paro (26. Ömər Buludov, 46) 23. Nuno Rodriqes (16. Ramon Maçado, 61) 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 5. Slavik Alxasov 14. Ülvi İsgəndərov 22. Elçin Mustafayev
Baş məşqçi: Elmar Baxşıyev
Qeyd edək ki, turun son 2 görüşü dekabrın 15-də keçiriləcək.














































































