Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-ın "Kolambus Krü" komandasının MLS-də "Neşvill"ə qarşı keçirəcəyi IV tur matçının iştirak ərizəsinə salınıb.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı hücumçu ehtiyat oyunçular skamyasında yer alacaq.
Bu isə o deməkdir ki, Axundzadə yeni klubunun heyətində debüt edə bilər.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 02:15-də başlanacaq.











































































