2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə final oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, 4 vəsiqə uğrunda qarşılaşmaların yekununda mundiala yollanacaq ölkələrin adlarına aydınlıq gəlib.
Türkiyə millisi Kosovo ilə səfər matçında qələbəyə nail olub. Yeganə qolu 53-cü dəqiqədə Kerem Aktürkoğlu vurub.
İsveç isə Polşanı məğlub etməyi bacarıb - 3:2. Qonaqların heyətində "Qarabağ"ın qapıçısı Mateuş Koxalski sonadək ehtiyatda qalıb. Koxalskinin dünya çempionatında iştirak arzusu Polşanın vəsiqə qazana bilməməsi üzündən gerçəkləşməyib. İsveç isə adını mundial iştirakçıları sırasına yazdırıb.
Çexiya - Danimarka, eləcə də Bosniya və Herseqovina - İtaliya matçının əsas vaxtı heç-heçə ilə tamamlanıb - 1:1. Çexiyadakı qarşılaşmanın əlavə vaxtında tərəflər yenə hərəyə 1 qol vurublar. Penaltilər seriyasında isə meydan sahibləri daha dəqiq olub - 3:1.
Bosniya və Herseqovinada keçirilmiş qarşılaşmanın əlavə vaxtı qolsuz yekunlaşıb. Penaltilər seriyasında isə meydan sahibləri qalibiyyət əldə edib - 3:1.
Beləliklə, Türkiyə, İsveç, Çexiya, Bosniya və Herseqovina adını mundiala yazdırıblar. Kosovo, Polşa, Danimarka və İtaliya isə dünya çempionatından kənarda qalıb.
DÇ-2026, seçmə mərhələ
Finallar
22:45. Çexiya - Danimarka - 2:2 (ƏSAS VAXT - 1:1, ƏLAVƏ VAXT - 1:1, PENALTİLƏRLƏ - 3:1)
Qollar: Pavel Şults,3. Ladislav Kreyçi, 100 - Yoakim Andersen, 72. Kasper Höq, 112
22:45. İsveç - Polşa - 3:2
Qollar: Antoni Elanqa, 20. Qustav Lagerbilke, 44. Viktor Dökereş, 88 - Nikola Zalevski, 33. Karol Sviderski, 55
22:45. Kosovo - Türkiyə - 0:1
Qol: Kerem Aktürkoğlu, 53
22:45. Bosniya və Herseqovina - İtaliya - 1:1 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 4:1)
Qollar: Haris Tabakoviç, 79 - Moyze Kin, 15
Qırmızı vərəqə: Alessandro Bastoni, 41








































































