
Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"ni 0:2 hesabı ilə məğlub edən "Şiroki Briyeq"in baş məşqçisi oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Slaven Musa bunları bildirib:
- "Qəbələ" hörmət etdiyimiz komandadır. Çox çətin oyun oldu. Biz rəqibi analiz etmişdik. Bizə çox yaxşı qonaqpərvərlik göstərdilər. Həm meydandanda, həm də meydandan kənarda. İndi növbə bizimdi. Eyni qonaqpərvərliyi biz də göstərəcəyik".
