
Azərbaycan milli komandasının baş məqşçisi Robert Prosineçki Premyer Liqada çempionluq görüşü olan "Zirə" - "Qarabağ" matçına gəlməyib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, xorvatiyalı mütəxəssis qarşılaşmaya köməkçisi Qordon Tsipriçi göndərib.
Prosineçki "İnter" - Sumqayıt" matçını izləməyi daha məqsədəuyğun sayıb. Azərbaycanlı məşqçilərdən matçı qapıçılarla işləyən Faiq Əzizov izləyir.