
Türkiyənin "Beşiktaş" klubu Demba Banı heyətə cəlb edib. Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi artıq "Çelsi" və futbolçu ilə razılıq əldə edib və bu barədə birjaya məlumat verib.
Fransalı futbolçu ilə 4 illik müqavilə bağlandığı açıqlanıb. 29 yaşlı hücumçu 2018-ci ilə qədər "ağ-qaralar"ın formasını geyinəcək. Bunun müqabilində isə o hər mövsüm üçün 2.5 milyon avro və oyn başına 10 min avro qazanacaq. "Çelsi"yə isə 1.5 milyon avro nəğd olmaqla, ümumilikdə 6 milyon avro ödəniləcək.
Qeyd edək ki, Demba Banın transferində "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovun rolunun olduğu bildirilir. Məhz onun "Çelsi"nin sahibi Roman Abramoviçlə görüşü zamanı keçidə razılıq alındığı bildirilir.





































































