1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Bu, yubileyimə ən yaxşı hədiyyə idi"
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasında Moldova "Daçiya"sına səfərdə 1:0 hesabı ilə qalib gəldikləri cavab görüşündən sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb...
- Yaxşı oyun keçdi. Taktiki cəhətdən intizamlı çıxış etdik. Rəqib bizi təzyiq altında saxladı. Mərhələni kim keçsəydi, o buna layiq idi. Futbolçularıma təşəkkür edirəm. Uzun yol, isti hava oyunumuza çox təsir etdi. Tezliklə 50 yaşım olacaq. Fikrimcə, bu, yubileyimə ən yaxşı hədiyyə olacaq.
- Növbəti mərhələdə rəqibiniz Avstriyanın "Admira Vakker" komandası olacaq...
- İştah diş altındadır. Məncə, bu gün "Kəpəz" tarix yazdı. Bunun davamını gətirməyə çalışacağıq. Gücümüz "Admira"dan azdır. Bunu etiraf edirik. Amma şanslarımızdan maksimum yararlanmalıyıq.
- "Daçiya" sizi nə iləsə təəccübləndirdi?
- Bu gün rəqib mərhələyə keçməyə layiq idi. Futbolçular topla yaxşı rəftar və hərəkət edirdilər. İlk oyundan sonra "Daçiya"nın taktikasını öyrənmişdik. Müdafiədə və mərkəzdə kompakt oynamaqla, əks-hücumlara bel bağladıq ki, bunun da sayəsində qələbə qazandıq. "Daçiya" yaxşı komandadır. Onlara uğurlar arzulayıram. Adlan Şişxanova da təşəkkür edirəm. O, əsl kişilik göstərdi.