
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Lui Van Qaal "Çelsi"li həmkarı Joze Mourinyodan söz açıb. Sportnet.az-ın məlumatına görə, Van Qaal portuqaliyalı həmkarı ilə heç vaxt söz davasına çıxmayacağını bildirib.
O, başqa klublarla maraqlanmadığını söyləyib: "Mən Joze ilə söz davasına çıxmaram. Çünki, Mourinyo mənim dostumdur. Ümumiyyətlə başqa klublar və məşqçilər məni maraqlandırmır. Mən ancaq öz komandama diqqət yetirirəm".
Qeyd edək ki, Premyer Liqada "Mançester Yunayted" və "Çelsi" oktyabrın 26-da üz-üzə gələcək.