Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və İrlandiya “Dundolk"u arasında keçiriləcək cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki, "Dalğa Arena"da keçiriləcək matçın baş hakimi Norveç Futbol Federasiyasından Svein Oddvar Moen olacaq. Ona Magnus Lundberq və İsaak Elias Skyeset Başevkin köməklik edəcək. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək görüş saat 21:00-da başlanacaq.