
"Səbail" klubunda baş məşqçi Aftandil Hacıyevin taleyinə aydınlıq gəlib.
Klubun Mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın Sportnet.az-a verilən məlumata görə, 39 yaşlı mütəxəssislə müqavilənin müddəti uzadılıb.
Gənc baş məşqçi 2020/2021 mövsümündə də komandanın sükanı arxasında olacaq. Klub Aftandil Hacıyevin köməkçiləri ilə də razılıq əldə edib.
Qeyd edək ki, Aftandil Hacıyev 2018-ci ildən "Səbail"in baş məşqçisidir. O, 2018/2019 mövsümündə komanda ilə çempionatın bürünc medalına sahib olub və Avropa Liqasına vəsiqə qazanıb.