
Bakıda "Bayıl Arena”da Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və "Bakcell" şirkətinin dəstəyi ilə ''Britaniya komandası'' və ''Qarabağ'' futbol klubu arasında qeyri-rəsmi futbol oyunu keçirilib. Britaniya komandasını səfir İrfan Siddiq və "Mançester Yunayted” Yay Məktəbinin məzunları təmsil edib.
"Qarabağ"ın heyətində isə vitse-prezident Tahir Gözəl, icraçı direktor Əmrah Çəlikəl, klubun 13 yaşlardan ibarət komandası və akademiyanın direktoru Con van Leon meydana çıxıb.
20 dəqiqəlik 2 hissədən ibarət olan matçın sonunda qalib tərəf olmayıb - 6:6 (Report.az).









                 





    
    
    
    
    
    
    
    
    





















































