
Azərbaycan atleti Çingiz İsrafilov Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında mükafatçılar sırasına düşməyib.
Sportnet.az-ın məlumatına görə, üçtəkanla tullanmada 13,67 metr nəticə göstərən İsrafilov 13 idmançı arasında sonuncu olub.
Yarışda birinci yeri 15,45 metr göstərici ilə kiprli Qriqoris Nikolau tutub.