"Təəssüflər olsun ki, hamının gözlədiyi nəticəni qazana bilmədim. Amma söz verirəm ki, növbəti il istədiyimizi edəcəyəm. 2022-ci ildə dünya və Avropa çempionatı keçiriləcək".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməməsi haqqında danışarkən deyib.
200 metr məsafəyə qaçışda yarışan 31 yaşlı idmançı 2024-cü ildə Paris olimpiadasında medal qazanacağına söz verib: "Medalın əyyarını tam dəqiq deyə bilməyəcəyəm. Amma 100 faiz ilk "3-lük"də yer alacağam. Qızıl medal əldə etmək üçün isə əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.