1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xorvatiyada 3-cü
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun Xorvatiyada keçirilən "Istrian Spring Trophy" veloyürüşündə mübarizəsi başa çatıb. Sportnet.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının sonuncu, 3-cü mərhələsi komandanın üzvü Matey Müqerlinin qələbəsilə başa çatıb.
146 km-dən ibarət bu bölümdə M.Müqerlin finiş xəttini hamıdan tez keçib - 3 saat, 9 dəqiqə, 20 saniyə.
Matey Müqerli yarışın 1-ci mərhələsində 2-ci, 2-ci mərhələsində isə 5-ci olub. Bu amil idmançıya ümumi təsnifatda liderdən cəmi 3 saniyə geri qalmaqla yarışı 3-cü pillədə bitirməyə imkan verib.
Qeyd edək ki, "Synergy Baku" bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunub.