
Dövlət başçısı işlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib. Dövlətimizin başçısı və xanımı Bakı Olimpiya Stadionunda ayrı-ayrı inşaat sahələrini gəziblər, görülən işlərlə yerindəcə tanış olublar. Prezident İlham Əliyevə ötən müddətdə görülən işlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, 68 mindən çox azarkeş tutumuna malik olacaq Olimpiya stadionunun tikintisi gələn ilin əvvəlinə planlaşdırılıb (AzərTac).