Ukrayna Premyer Liqasında X turdan təxirə salınmış "Volın" - "Metallist" matçı vaxtından əvvəl dayandırılıb. Sportnet.az-ın məlumatına görə, buna azarkeşlərin hakimə hücum etmələri səbəb olub.
Oyunun sonlarında yerli fanatlar meydana girərək, referi Dmitri Kutakova çatmaq istəyiblər. Kutakov isə tribunaaltı sahəyə qaçmalı olub. O, hələ ilk yarıda "Volın"ın baş məşqçisi Vitali Kvartsyanını tribunaya göndərib.
Qeyd edək ki, oyun dayandırılarkən, "Metallist" 2:1 hesabı ilə irəlidə olub.