
İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronaldu həmklublarına İtaliyanın "Bvlgari" şirkətinə məxsus məhdud kolleksiyadan saatlar hədiyyə edib. Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın müdafiəçisi Alvaro Arbeloa şəxsi "İnstagram"ında bildirib. 
Hədiyyə 2013-2014-cü il mövsümündə Çempionlar Liqasının qalibi olmaları qarşılığında təqdim olunub. 
Qeyd edək ki, saatların dəyəri 6,8 min avrodur. 









                 





    
    
    
    
    
    
    
    
    























































