Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.
Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanın kişi və qadınlardan ibarət hərəyə 3 komandası mübarizə aparır.
Kişilərdən ibarət komanda üzvlərindən ilk ikisi Zimbabve və Mozambiklə, üçüncüsü Papua Yeni Qvineya ilə üz-üzə gəlib. Qadın milliləri isə Nikaraqua, Yaponiya və Lesotoya rəqib olublar.
Bakı Kristal Zalında keçirilən görüşlərə saat 15:00-da start verilib. Azərbaycanın hər 6 komandası startda qalib gəlib. Bunlardan qadınlardan Azərbaycan3 komandası Lesoto ilə qarşılaşmada texniki qələbə qazanıb. 24 şahmatçımızdan yalnız 2-i qalib gələ bilməyib. Bunlardan Vasif Durarbəyli partiyasında heç-heçə edib, Ülviyyə Fətəliyevə isə uduzub.
Ümumdünya Şahmat Olimpiadası, I tur
Kişilər
Azərbaycan1 - Zimbabve - 4:0
Şəhriyar Məmmədyarov - Rodvell Makoto - 1:0
Teymur Rəcəbov - Faray Mandija - 1:0
Arkadi Naydiç - Spenser Masanqo - 1:0
Eltac Səfərli - Emarald Takudzva Muşore 1:0
Azərbaycan2 - Mozambik - 3,5:0,5
Vasif Durarbəyli - Matyuş Felizardo Viageyro Alise - 0,5:0,5
Nicat Abasov - Uilton İnasio Kalikoka
Qədir Hüseynov - İlidio Alberto Çunquane - 1:0
Namiq Quliyev - Donaldo Payva - 1:0
Papua Yeni Qvineya - Azərbaycan3 - 0:4
Stürt Fensi - Vüqar Əsədli - 0:1
Helmut Marko - Nail Bəşirli - 0:1
Helmut Jr Marko - Məhəmməd Muradlı - 0:1
Kreyq Skehan - Pərviz Haşımov - 0:1
Qadınlar
Nikaraqua - Azərbaycan1 - 0:4
Katya Mendyeta - Zeynəb Məmmədyarova - 0:1
Maria Ester Qranados Dias - Gülnar Məmmədova - 0:1
Pamela Alarkon - Aydan Höccətova - 0:1
Maria Moraqa - Nərmin Kazımova - 0:1
Yaponiya - Azərbaycan2 - 1:3
Miray İşizuka - Türkan Məmmədyarova - 0:1
Karen Hoşino - Xəyalə Abdulla - 0:1
Azumi Sakay - Ülviyyə Fətəliyeva - 1:0
Misaki Şibata - Nərgiz Umudova - 0:1
Lesoto - Azərbaycan3 - 0:4 (texniki qələbə)
Maboloko Leboela - Nərmin Məmmədova - 0:1
Tiisetso Hatane - Xanım Balacayeva - 0:1
Nqatane Liketsenq - Gövhər Beydullayeva - 0:1
Mkferson Naleli - Aynur Katanova - 0:1