1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ŞOK! Azərbaycanın 9 idmançısı dopinq-testdə ilişdi - RƏSMİ
2015-ci ildə Azərbaycan idmançıları tərəfindən antidopinq qaydalarının pozulmasına dair 9 hal aşkarlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Ümumdünya Antidopinq Agentliyinin ( WADA) açıqladığı illik hesabatda bildirilir. Belə idmançılardan 6-sı ağırlıqqaldıran, 2-si atlet, 1-i isə güləşçidir. Bundan başqa onların 7-si (5 ağırlırqqaldıran, 1 atlet, 1 güləşçi) kişi, 2-si (1 ağırlıqqaldıran, 1 atlet) isə qadındır. Hesabatda antidopinq qaydalarındakı pozuntu hallarından 8-nin (6 ağırlıqqaldıran və 2 atlet) götürülmüş dopinq-test nəticəsində üzə çıxdığı, 1-nin (güləş) dopinq-test verməkdən imtina ilə əlaqədar olduğu bildirilir. Nəticəsi müsbət olan dopinq-testlərin hamısı sidik analizlərindən ibarət olub. Kişi atletdən yarışdan kənarda, qadın atlet və ağırlıqqaldıranlardan isə yarış zamanı dopinq-test götürülüb.
Qeyd edək ki, WADA ümumilikdə 122 ölkədən 85 növ üzrə 1929 qayda pozuntusu aşkarlayıb. Azərbaycan bu göstəricidə 46-cı yeri tutub.