Azərbaycanın idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, bu barədə təcrübəli yazarın özü sosial şəbəkə hesabında yazıb. O, ikinci testinin müsbət nəticə verdiyini bildirib.
Cəfərsoy anasının da eyni xəstəliyə düçar olduğunu vurğulayıb: "Allahın köməyilə koronavirusla mübarizə davam edir. Uca Rabbim ağır durumda olan anama şəfa versin. Özüm də koronavirusa yoluxmuşam. İki həftədir güclü öskürək, temperatur hücuma keçib. İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".
Qeyd edək ki, Anar Cəfərsoy supersport.az saytının rəhbəridir.