
Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
O bildirib ki, Hadrut qəsəbəsi və Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli kəndi, Qışlaq kəndi, Qaraçaylı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi Ermənistan hərbçilərinin işğalından azad olunub.