Hollandiya yığmasının şərəfini qoruyan Aryen Robben dünya çempionatı haqda
fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı futbolçu 1/4
finaldakı rəqibləri Kosta Rika ilə oyun barədə danışıb.
Robben Braziliyaya istirahət üçün gəlmədiklərini deyib. Təcrübəli hücumçu qalib gəlmək və bacardıqları qədər irəliləmək istədiklərini dilə gətirib: "Komanda olaraq iş başındayıq. Turnirdən öncə bizimlə bağlı gözləntilərin yüksək olmadığını düşünürəm. İstədiyim futbolu oynaya bilirəm. Komandama xeyir verə bildiyim üçün çox xoşbəxtəm. Kosta Rikaya gəldikdə isə çox güclü komandadır. İtaliya, İngiltərə və Uruqvayla bir qrupda mübarizə apararaq, "pley-off”a yüksəlməklə, necə komanda olduqlarını sübut etdilər. Onlara qalib gəlmək üçün çox yaxşı hazırlaşmalıyıq".