İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo futbolda videotəkrarların vacibliyindən danışıb. Sportnet.az-ın "Sky Sports"a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis bunu simulyasiyaların azalmasına kömək edəcəyinə görə bildirib.
Tanınmış mütəxəssis bu fikrini Hollandiya yığmasının futbolçusu Aryen Robbenin DÇ-2014-ün 1/8 finalında Meksika ilə görüşdəki davranışından sonra səsləndirib. Yarımmüdafiəçi dəfələrlə Meksika millisinin cərimə meydançasında özünü yerə ataraq, hakimi aldatmağa cəhd edib. Oyunun sonunda o, istəyinə çatıb. Doğrudur, həmin epizodda hakim penalti təyin edə bilərdi. Hər halda Meksika yığması Pedro Proensanın oyunu idarə etməsindən çox narazı qalıb.
Robbenin topla əla davranmaq bacarığını qabardan Mourinyo, hollandiyalı yarımmüdafiəçinin rəqiblər tərəfindən daha çox vurulduğunu bildirib: "Buna baxmayaraq, hesab edirəm ki, meydandakı futbolçular hakimlərə kömək etməli və ədalətlə qalib gəlmyə çalışmalıdırlar. Təəssüf ki, bu, həmişə baş vermir. Buna görə də videotəkrarların həyata keçirilməsinin tərəfdarıyam. Belədə, simulyasiyalar azalar".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |