1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA-ya xəbərdarlıq: "Əlimizdə raketlər var"
İraq Şam İslam Dövləti (İŞİD) FİFA-dan 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının başqa ölkə ilə əvəzlənməsini tələb edib. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qruplaşma bu cür yarışların əyləncədən başqa bir şey olmadığını bildirib.
İslam dövlətlərində bu cür əyləncənin keçirilməsinə icazə verilməyəcəyi açıqlanıb: "Əgər turnir Qətərdə olarsa, buna icazə verməyəcəyik və intihar aksiyalarına başlayacağıq. İslam Xilafət Dövləti qurulmuşdur və dünya çempionatının təşkilatçısı olacaq Qətər adlı bir ölkə də yoxdur. Orada müsəlmanların xəlifəsi Əbu Bəkir Bağdadinin sözü keçir. Xəlifə də islam dövlətində bu cür əyləncəli yarışların keçirilməsinə icazə verməz. Bu səbəbdən FİFA-nın başqa alternativ variant axtarmasını məsləhət görürük".
Sonda isə qruplaşma əllərində "Skoda" raketlərinin olduğunu və bunun rahatlıqla Qətərə çata biləcəyini söyləyərək FİFA-ya hədə-qorxu gəlib.