
İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Sent-Kler Milezi FİFA-nın DÇ-2014-də hakimlərlə gizli sövdələşməyə gedərək, sarı və qırmızı vərəqələrin süni şəkildə azaldılması xəbərini təkzib edib. Sportnet.az-ın məlumatına görə, o, bu cür ittihamları "ağlasığmaz" adlandırıb.
FİFA rəsmisi hakimlərin qəbul etdikləri qərarların oyunun bir hissəsi olduğunu qeyd edib: "Bu gün İntizam Komitəsi Neymarı zədələyən Xuan Sunyiqa ilə bağlı qərarını açıqlayacaq. Ancaq hansı qərarı qəbul etməsindən asılı olmayaraq, FİFAtənqidə məruz qalacaq".