
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari zədə səbəbindən Neymarın mundialın qalan görüşlərində oynamayacağına baxmayaraq, meydan sahiblərinin DÇ-2014-də finala yüksəlmək uğurnda mübarizə aparacaqlarını bildirib. Sportnet.az-ın məlumatına görə, o, milli komandaya hər bir futbolçunu xüsusi olaraq, seçdiklərini söyləyib.
Təcrübəli mütəxəssis yetirmələrinə inamını bu cür ifadə edib: "Braziliya yığmasında 22 futbolçu var və onların hər biri qeyri-adi istedada malikdir. Mənim fantastik komandam var. Əminəm ki, həm özümüzə, həm də Neymara görə oynayacağıq. Məqsədimiz birdir: finala yüksəlmək!".
Qeyd edək ki, Braziliya yığması finala yüksəlmək uğrunda görüşdə Almaniya millisi ilə üz-üzə gələcək. Qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 1-də başlayacaq.