
Tural Ağalarzadə 14–15 yaşlı yeniyetmələr və 16–17 yaşlı gənclərdən ibarət kumite üzrə milli yığma komandanın köməkçi məşqçisi vəzifəsinə təyin olunub.
Sportnet.az xəbər verir ki, bununla bağlı Azərbaycan Karate Federasiyası (AKF) rəhbərliyi qərar qəbul edib.
Təyinat baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.