
Fransanın PSJ klubunun futbolçusu Usman Dembele Milli Peşəkar Futbolçular İttifaqı (UNFP) tərəfindən Liqa 1-də 2024/25 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Sportnet.az xəbər verir ki, 28 yaşlı cinah yarımmüdafiəçisi cari mövsüm ərzində ölkə çempionatında meydana çıxdığı 28 oyunda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Dembelenin komandası isə Liqa 1-də çempionluğunu təmin edib.
UNFP həmçinin ilin ən yaxşı gənc futbolçusu adına Usman Dembelenin komanda yoldaşı Dezire Dueni layiq görüb. Paris təmsilçisinin baş məşqçisi Luis Enrike ən yaxşı məşqçi, "Lill"dən Lukas Şevalye ilin qapıçısı adına layiq görülüb.
İspaniya “Real Madrid”ində çıxış edən Kilian Mbappe xaricdə oynayan ən yaxşı fransız futbolçu seçilib.