
Tarixində ilk dəfə İran çempionu olan "Traktor" komandasının mükafatlandırma mərasiminin tarixi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisinə kubok və medallar mayın 16-da doğma "Səhənd" stadionunda təqdim olunacaq.
Təbriz klubu daha öncə İran Futbol Federasiyasına mərasimi keçirmək üçün Pro Liqanın sonuncu - XXX tur matçının məkanını dəyişmək üçün müraciət etmişdi. "Qızıl qurdlar" mayın 15-də "İstiqlal Huzestan"la səfər oyunununun Təbrizdə təşkil olunmasını istəsələr də, federasiya bunu qəbul etməyib.
Xatırladaq ki, "Traktor" XXXVIII turda səfərdə "Şəms Azər Qəzvin"i 4:0 hesabı ilə darmadağın edərək titulu təmin edib.