
Gənclər və idman naziri Fərid Qayıboı Bərdə Olimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə maraqlanıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, kompleksin hazırkı şəraiti barədə ətraflı məlumat alan nazir infrastrukturun inkişafı və fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Daha sonra o, Yevlax şəhərində inşası davam edən Olimpiya İdman Kompleksində tikinti işləri ilə maraqlanıb. Layihənin icra vəziyyəti və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb. Nazir kompleksin inşasının keyfiyyətlə və müəyyən olunmuş vaxtda başa çatdırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, 28 sentyabr - 8 oktyabrda keçiriləcək III MDB Oyunları zamanı boks yarışları Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.