Gənclər və İdman Nazirliyi İdman haqqında qanun üzərində işləyir.

 

Sportnet.az xəbər verir ki, bu barədə ASAN TV-yə müsahibəsində nazir Fərid Qayıbov məlumat verib.

 

O, ilin sonunadək qanunun layihəsini bitirərək Milli Məclisə təqdim etməyə çalışacaqlarını bildirib: “Bu asan bir iş deyil, amma olmalıdır. Bizim bəlli bir strategiyamız var, bunu həyata keçirmək üçün bəzi dəyişikliklər etməliyik. Düşünürük ki, bu qanun dəyişilməlidir”.