Bu gün dünyasını dəyişən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun dəfni ilə bağlı məsələlərə aydınlıq gəlib. Sportnet.az-ın məlumatına görə, mərhumla vida mərasimi saat 16:00-da Həsən Əliyev küçəsində yaşadığı binanın qarşısında olacaq.
M.Rəhimov Xırdalan qəbiristanlığında anasının yanında dəfn ediləcək. Onun üç mərasimi aprelin 2-də 9-cu mikrorayondakı Heydər Əliyev məscidində olacaq.