
Xəbərdə bildirilir ki, ilkin müqavilə bu il fevralın sonlarında tanınmış italiyalı biznesmen və "Formula-1" üzrə menecer Flavio Briatorenin vasitəçiliyi ilə bağlanılıb. Anlaşma 3 illik müddəti əhatə edir. Bunun qarşılığında hər il Beynəlxalq Avtomobil İdmanı Federasiyasının (FİA) hesabına 40 milyon avro köçürüləcək.
Qeyd edək ki, "Formula-1"in mərhələ yarışının Azərbaycan paytaxtında keçirilməsi barədə yekun müqavilə mayın ikinci yarısında Bakıda bağlanılacaq. Öncədən Bakıda ilk "Qran-Pri"nin 2016-cı ildə təşkil olunacağı bildirilirdi. Lakin sonradan FİA-nın prezidenti Berni Ekklstoun 2015-ci ilin martında Cənubi Koreyada keçirilməli olan nüfuzlu mərhələ yarışının Azərbaycana verildiyini açıqlayıb. O, paytaxt Seuldan 4 saat uzaqdakı Yeonqamdakı "Formula-1" trası ətrafında əlavə obyektlərin tikilməməsini səbəb göstərib.