
Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün artıq yaxşı təcrübəyə malik olduğu vurğulanıb. Söhbət zamanı 2016-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan "Formula-1” yarışının da yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə edilib. Bu tədbirin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişləndirilməsi işinə xidmət edəcəyi bildirilib.