
“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran Prisində əyləncə gecəsində iştirak edəcək DJ-lər bəlli olub.
Sportnet.az xəbər verir ki, “Elektra Events Hall”da 4 əcnəbi DJ məharətini nümayiş etdirəcək. Apelin 26-da türkiyəli Mahmut Orhanla ukraynalı Ciqan, 27-də almaniyalı Robin Şults, ertəsi isə belçikalı Lost Frequencies səhnədə olacaq.
Qeyd edək ki, yarış 26-28 apreldə olacaq.