Gözlənilməyən zamanlarda uğurlu ötmələr edən və bu baxımdan, "Formula 1" üzrə dünya çempionatının ən bacarıqlı pilotlarından sayılan Daniel Rikkardo bu il “Renault” ilə orta qrupda yer alıb.
Sportnet.az-ın məlumatna görə, avstraliyalı sürücü həm də maraqlı açıqlaması ilə gündəmə gəlib.
Rikkardo hər zaman maksimuma nail olmaq istədiyini bildirib: “Bunun üçün bolidə və əyləcə güvənmək, sadəcə sürmək lazımdır. Bu, hesablanmış və cəsarətli bir addımdır. İşə yarasa da, yaramasa da ötməyə cəhd edirəm. 70 dövrə ərzində eyni pilotun arxasınca getməkdənsə, ötmə zamanı qəza törətməyi seçərəm. Ən azı cəhd etmədiyim üçün peşman olmaram, əksinə, sevinərəm”.
Yaxşı bir bolidlə yüz faiz çempion ola biləcəyindən əminliyini vurğulayan pilot, birincilik üçün mücadilə etmək istədiyini qeyd edib: “Özümü yetərincə gənc, təcrübə cəhətdən isə yetkin hiss edirəm. Çempionluq üçün yarışa biləcəyim bolidə sahib olsaydım, ardıcıl xallar qazanıb birinci ola bilərdim. Maşında nələr etmək lazım olduğunu bilirəm. 10 faiz şansım olsa belə, qazanmaq üçün əlimdən gələni edərəm”.
Qeyd edək ki, Daniel Rikkardo 2017-ci ildə "Red Bull" komandasının pilotu kimi Azərbaycan Qran-prisinin qalibi olub.