"Formula 1" üzrə İtaliya Qran-prisinin 2024-cü ilədək Montsada keçirilməsinə dair razılıq əldə edilib.
Sportnet.az-ın məlumatına görə, bununla əlaqədar İtaliya Avtomobil Klubu (ACI) və "Formula One" rəhbərliyi arasında müqavilə bağlanılıb. İtaliya Qran-prisi bu il 6 - 8 sentyabrda Montsada 90-cı dəfə təşkil olunacaq.
Daha əvvəl ACI-nın rəhbəri Anjelo Stikki Damiani Montsa trasının yenidən qurulmasına 100 milyon avro lazım olduğunu açıqlayıb.
Qeyd edək ki, fevralın 5-də Azərbaycan Qran-prisinin 2023-cü ilədək uzadılmasına dair razılıq əldə olunub.