"Formula 1" pilotu Daniel Rikkardonun "Red Bull"dan "Renault"a keçməsinə 2018-ci il Azərbaycan Qran-prisində baş vermiş qəza təsir edib.
Sportnet.az-ın Autocity.az-a istinadən məlumatına görə, belə bir etirafla "Red Bull"un müşaviri Xelmut Marko çıxış edib. Marko bildirib ki, ötən il Bakıdakı yarış zamanı komanda yoldaşı Maks Ferstappenlə toqquşduqdan sonra avstraliyalı pilotun rəhbərliklə münasibətləri gərginləşib. Rikkardo hesab edib ki, komandası bu mübarizəyə hələ qəzayadək qarışmalı idi. Hərçənd, Ferstappeni arxadan məhz onun özü vurub.
Müşavirin fikrincə, Rikkardo 10 ilədək birgə çalışdığı "Red Bull"da daim qayğı görüb: "Onun nədənsə narahatlıq keçirməsi lazım deyildi. Amma hansısa anda hər şeyi kəskin dəyişmək istəyi baş qaldırdı".
Qeyd edək ki, Daniel Rikkardo 2017-ci il Azərbaycan Qran-prisinin qalibi olub. Ötən il isə o, komanda yoldaşı Maks Ferstappeni ötmək istərkən arxadan vurub. Qəza üzündən Rikardo mübarizəni dayandırıb. Bu il isə o, Bakıda "Toro Rosso"nun pilotu Daniil Kvyatı vurub.
The pivotal moment in Baku ????
— Formula 1 (@F1) 29 апреля 2018 г.
Ricciardo and Verstappen collide in dramatic fashion
Recording a second double-DNF for Red Bull in three races#AzerbaijanGP ???????? #F1 pic.twitter.com/OMwH9Ct9BV