Ralli üzrə dünya çempionatının Çili mərhələsinin ikinci yarış günü təkcə liderlər qrupunda barışmaz mübarizə ilə yadda qalmayıb.
Sportnet.az AutoCity.az-a istinadən xəbər verir ki, yürüş zamanı "Hyuindai i20 Coupe" avtomobilinin sürücüsü Tyerri Növil ciddi qəza keçirib. Ümumi hesabda birinci yergə gedən belçikalı sürücüün maşını 8-ci xüsusi sahəni keçərkən bir neçə dəfə çevrilib. Daha sonra avtomobil yolun sağ tərəfinə düşüb. Növil avtomobili sərbəst tərk edə bilsə də, ona tibbi yardım lazım gəlib. Xəstəxanaya çatdırılan pilotda cidi zədə aşkarlanmayıb.
Beləliklə, Tyerri Növil Çili rallisində nəticə göstərə bilməyib. Hazırda liderliyi Ott Tyanak (Toyota GAZOO Racing WRC) qoruyur. İkinci yeri hazırkı dünya çempionu Sebastyan Löb (Citroen Total Abu Dhabi WRT), üçüncü pilləni isə Yari-Matti Latvala (Toyota GAZOO Racing WRC) tutur.
It really was a huge accident for @thierryneuville - hear how he is ???????? @HMSGOfficial #wrclive pic.twitter.com/PGTCnt3IMu
— World Rally Championship (@OfficialWRC) 11 мая 2019 г.