"Formula 1"də çıxış edən "Haas" komandasının rəhbərliyi əməkdaşlarından çoxunu məcburi məzuniyyətə göndərib.
Sportnet.az-ın "Sky Sports"a istinadən məlumatına görə, bu addım "Maklaren", "Reno", "Rasinq Point" və "Uilyams"dan sonra atılıb. Onlar Böyük Britaniya hökumətinin proqramından yararlanıblar. Həmin proqram məzuniyyətə göndərilən əməkdaşların maaşlarının 80 faizini bağlamağı və ya 2 500 funt birdəfəlik ödənişi nəzərdə tutur.
Qərar koronavirus pandemiyası fonunda maliyyə vəziyyətini qorumağa və mövsümün startının qeyri-müəyyən müddətə təxirə salmağa cəhdlə əlaqələndirilib. Beləliklə, "Haas" Böyük Britaniyada əməkdaşları hesabına xərcləri azaltdığını açıqlayan beşinci komanda olub.
Qeyd edək ki, "Haas"ı pilot qismində Kevin Maqnussen və Romen Qrojan təmsil edir.