"Formula 1" üzrə ikiqat dünya çempionu Fernando Alonso "Renault" komandasına qayıtmağa yaxındır.
Sportnet.az-ın "Auto Hebdo" nəşrinə istinadən məlumatına görə, ispaniyalı pilot Fransa komandası ilə ciddi danışıqlar aparıb və ilkin razılıq əldə edib.
Onun iki gün öncə "McLaren"ə keçən Daniel Rikkardonu əvəzləyəcəyi gözlənilir. Alonsonun "Renault"a transferi komandanın koronavirus pandemiyasının yaratdığı maliyyə çətinlikləri fonunda "Formula 1" proqramına dəstək verib-verməyəcəyindən asılı olacaq.
Qeyd edək ki, Fernando Alonso 2005-2006-cı illərdə məhz "Reanult" komandasının heyətində dünya çempionluğunu qazanıb. 39 yaşlı pilot 2016-cı ildə Azərbaycanda keçirilmiş Avropa Qran-prisinin səfiri olub.