
Azərbaycanda COVID-19-a daha 559 yeni yoluxma qeydə alınıb, 545 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sportnet.az-a verilən məlumata görə, COVID-19 testləri müsbət çıxmış 7 nəfər vəfat edib.
Bu gün ölkədə 8 312 test aparılıb. Ümumilikdə isə bu günə qədər aparılan testlərin sayı 592 778 təşkil edir.