"Marina Bey" avtodromunda Sinqapur Qran Prisinin təsnifat mərhələsi keçirilib.
Sportnet.az-ın məlumatına görə, poul mövqeyini "Ferrari" pilotu Şarl Lekler qazanıb. "Red Bull"dan Serxio Peres ikinci, "Mercedes" sürücüsü Lüis Hemilton üçüncü olub. 7 qat dünya çempionu mövsümdə ilk dəfə "üçlüy"ə düşüb.
Dünya çempionu və hazırkı mövsümün lideri Maks Ferstappen 8-ci yerlə kifayətlənib. Hemiltonun komanda yoldaşı Corc Rassell yekunda final mərhələsinə yüksələ bilməyib və 11-ci yerlə kifayətlənib.