Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş Katibi Azər Əliyev və Xarici Əlaqələr Şöbəsinin direktoru Anar Bağırov Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Cənubi Koreyanın paytaxtı Seulda keçirilən XXVI Baş Assambleyasında iştirak edib.
MOK-dan Sportnet.az-a verilən məlumata görə, toplantıda Cənubi Koreyanın prezidenti Yoon Suk-Yeol, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax və IOC-un rəsmi nümayəndələri çıxış ediblər.
ANOC-un İcraiyyə Şurasının iclasında Milli Olimpiya Komitələrinin maraqlarını qorumaq və inkişaf etdirmək, olimpiya dəyərlərinin bütün dünyada təbliği missiyasını dəstəkləmək üçün cavabdeh olan Assosiasiyasının fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Görüşdə World 2023 ANOC Beach Games ilə bağlı da məlumat verilib.
Qeyd edək ki, okyabrın 20-si, Baş Assamblyanın ikinci günü ANOC-da prezidenti seçkiləri olacaq. Prezident seçiləcək şəxs həm də IOC-un İdarə Heyətində yer alacaq.